Menyu

Yaponiya Özbəkistan və daha dörd ölkənin şirkətlərinə sanksiya tətbiq edəcək

Nərmin Qocamanlı
Yaponiya Özbəkistan və daha dörd ölkənin şirkətlərinə sanksiya tətbiq edəcək

Yaponiya hakimiyyəti anti-Rusiya sanksiyalarından yan keçmək üçün Çin, BƏƏ, Özbəkistan, Qazaxıstan və Hindistandan olan çoxsaylı şirkətlərə məhdudiyyətlər qoymağı planlaşdırır. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkə hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.

Rəsmi Tokioda mətbuat konfransında deyib: “Bu sanksiyalar konkret ölkələri hədəf almır, biz onları sanksiyalardan yayınmada iştirak edən ayrı-ayrı şirkətlərə qarşı tədbirlər kimi görürük”.

Hayaşinin sözlərinə görə, Yaponiya hökuməti hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatlarını koordinasiya edir və təfərrüatları tezliklə açıqlayacaq.

Teqlər:

"Yaponiya \u00d6zb\u0259kistan v\u0259 daha d\u00f6rd \u00f6lk\u0259nin \u015firk\u0259tl\u0259rin\u0259 sanksiya t\u0259tbiq ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər