Yaponiya XİN: Tokio Putinin Pxenyana səfərinə hazırlığı diqqətlə izləyir
Nərmin Qocamanlı
Yaponiya hökuməti Koreya yarımadasındakı vəziyyəti diqqətlə izləyir, lakin Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya gözlənilən səfəri ilə bağlı heç bir şərh verə bilməz.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında bildirib.
Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Yaponiya Şimali Koreyadakı vəziyyət, o cümlədən Putinin səfərinə hazırlıqla bağlı məlumatların toplanması və təhlili üzərində işləyir.
O əlavə edib ki, Yaponiyada təhlükəsizlik vəziyyəti son vaxtlar nəzərəçarpacaq dərəcədə pisləşib.
Xarici işlər naziri izah edib ki, Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın gücləndirilməsi deyilən iş də bunda təsirli olub.
Teqlər:
"Yaponiya X\u0130N: Tokio Putinin Pxenyana s\u0259f\u0259rin\u0259 haz\u0131rl\u0131\u011f\u0131 diqq\u0259tl\u0259 izl\u0259yir"