Mask: Minlərlə "Optimus" robotu "Tesla" şirkətlərində işləyəcək
Nərmin Qocamanlı
"Tesla" zavodları tezliklə bir neçə min insanabənzər "Optimus" robotu ilə təchiz olunacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə avtomobil şirkətinin sədri İlon Maskın Texas ştatının Ostin şəhərində səhmdarların illik yığıncağında verdiyi bəyanatda məlumat verilib.
Maskın sözlərinə görə, gələn ilin əvvəlinə qədər mindən çox və bəlkə də bir neçə mindən çox "Optimus" robotu "Tesla" şirkətlərində işləyəcək.
Mask bildirib ki, insanabənzər robotlara insanlar kimi videolara baxaraq yeni bacarıqlar öyrənmək imkanı verməklə onların muxtariyyət səviyyəsi əhəmiyyətli dərəcədə artırıla bilər. O, həmçinin qeyd edib ki, yeni nəsil "Optimus" robotlarına yalnız şifahi tapşırıq vermək və ya oxşar tapşırıqları yerinə yetirmək üçün hərəkətin nümayişini görmək lazımdır.
Qeyd edək ki, "Optimus" robotu ilk dəfə Mask tərəfindən 2021-ci ilin avqustunda təqdim edilib. Orijinal dizayna görə, o, insan boyu olmalı, təxminən 20 kq ağırlığında yükləri qaldıra bilən və insanlara gündəlik işləri yerinə yetirməyə kömək etməli idi. 2022-ci ilin oktyabrında Mask "Optimus"un ilk prototipini tamaşaçılara göstərib, həmçinin robotun çiçəkləri sulayan videosunu nümayiş etdirib.
Səhmdarların son iclasında Mask söz verib ki, onun robotları tezliklə pianoda ifa edə biləcəklər.