Menyu

Zaxarova: Ukrayna ilə ABŞ arasında təhlükəsizlik müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur

Nərmin Qocamanlı
Zaxarova: Ukrayna ilə ABŞ arasında təhlükəsizlik müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur
1 dəq oxu

Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sazişlər heç bir hüquqi qüvvəyə malik olmayan “sadə kağız parçalarıdır”. 

"Operativ Media" xəbər ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Qeyd edək ki, ötən gün ABŞ Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski G7 sammitində 10 illik təhlükəsizlik sazişi imzalayıblar. 

Sazişə əsasən, ABŞ 10 il ərzində Ukraynaya hərbi məhsullar və kəşfiyyat məlumatları verəcək, həmçinin Ukrayna ordusunun əsgərlərinə təlim keçəcək və ölkənin hərbi-sənaye kompleksini inkişaf etdirəcək.

Əlaqəli Xəbərlər