Menyu

İsveçrədə binada partlayış baş verib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Nərmin Qocamanlı
İsveçrədə binada partlayış baş verib, 2 nəfər ölüb, 11 nəfər yaralanıb
1 dəq oxu

İsveçrənin Aarqau kantonunda yerləşən Nussbaumen şəhərindəki binanın qarajında ​​partlayış baş verib, daha sonra yanğın başlayıb. 

"Operativ Media" xəbər verir ki, bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib. Yanğın sürətlə digər mərtəbələrə də keçib. 

Polisin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Binaya və park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Söndürmə işlərinə 3 helikopter dəstək verib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Əlaqəli Xəbərlər