Menyu

Hindistan Fransadan 26 ədəd "Rafale Marine" qırıcısı almaq istəyir

Hindistan Fransadan 26 ədəd "Rafale Marine" qırıcısı almaq istəyir

Hindistan və Fransa Hindistan Hərbi Dəniz Qüvvələri üçün 26 ədəd Fransız "Rafale" dəniz daşıyıcısı əsaslı döyüş təyyarəsinin tədarükü ilə bağlı rəsmi danışıqlara başlayıb. 

"Operativ Media" məlumatına görə, bu barədə "The Times of India" qəzeti yazır.

Hindistan Müdafiə Nazirliyinin Satınalmalar üzrə Baş Müdirliyindəki mənbələr nəşrə bildiriblər ki, Fransa nümayəndə heyəti Yeni Dehlidədir və onun tərkibində "Rafale"nin Hindistana satışına nəzarət edən Baş Silahlar İdarəsinin nümayəndələri də var.

Razılaşma üzrə danışıqların mayın 30-da başlaması nəzərdə tutulmuşdu, lakin Hindistanda parlamentin aşağı palatasına seçkilər səbəbindən iyunun ikinci həftəsinə təxirə salınmışdı. Tərəflər ilin sonuna qədər danışıqları başa çatdırmaq və "Rafale Marine"nin tədarükü ilə bağlı müqavilə imzalamaq niyyətindədirlər. Əməliyyatın dəyəri 500 milyard hind rupisi (təxminən 6 milyard dollar) olaraq qiymətləndirilir.

Teqlər:

"Hindistan Fransadan 26 \u0259d\u0259d \"Rafale Marine\" q\u0131r\u0131c\u0131s\u0131 almaq ist\u0259yir"

Əlaqəli Xəbərlər