Menyu

Stoltenberq: NATO-nun silah təchizatı Ukraynada sülhə töhfə verir

Stoltenberq: NATO-nun silah təchizatı Ukraynada sülhə töhfə verir
1 dəq oxu

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, NATO-nun silah tədarükü Ukraynada sülhə, eləcə də İsveçrədə sülh sammitinin uğurla keçirilməsinə töhfə verir. 

"Operativ Media" xəbər verir ki, o bu fikri NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. 

İsveçrədə keçirilən sammitlə bağlı sualı cavablandıran NATO-nun baş katibi dünyanın bəzi əsas ölkələrinin liderlərinin konfransda iştirakdan imtina etməsindən məyus olduğunu deyib.

"Sülh sammiti, sülh səyləri və NATO-nun hərbi yardımı arasında birbaşa əlaqə var. NATO ölkələri Ukraynaya hərbi yardımı artırmaqla problemin sülh yolu ilə həllinə kömək edir", - Stoltenberq qeyd edib.

Əlaqəli Xəbərlər