Menyu

Türkiyə G7-dən problemlərə daha ədalətli və real yanaşma gözləyir

Türkiyə G7-dən problemlərə daha ədalətli və real yanaşma gözləyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeddilik Qrupu (G7) ölkələrinin qlobal və regional problemlərin həllinə daha ədalətli və realist yanaşmasını gözləyir.

"Operativ Media" xəbər verir ki, bu barədə Ərdoğan "X"də paylaşım edib. 

"Ümid edirəm ki, G7 liderlərinin İtaliyada keçiriləcək sammiti bəşəriyyətin xeyrinə olacaq", - deyə prezident yazıb. 

Ərdoğan G7-dən kənar dəvət olunan ölkələrin liderlərindən biri kimi G7 sammitində iştirak edir. Tədbir zamanı o, İtaliyanın Baş naziri Giorgia Meloni və İordaniya Kralı II Abdullah ilə danışıb. O, görüşün protokoluna uyğun olaraq yanında əyləşdiyi ABŞ prezidenti Co Baydenlə də həmsöhbət olub. Türkiyə prezidenti sammitin digər iştirakçıları ilə qısa söhbətlər aparıb. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər