Rusiya Ermənistanın zədələnmiş dəmir yollarının təmirinə yardım edib
Nərmin Qocamanlı
Rusiya Ermənistanda daşqın nəticəsində zədələnmiş dəmir yollarının təmirinə yardım edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumət başçısının müavini Aleksey Overçuk bildirib ki, çətin vaxtlarda Rusiya Ermənistan xalqının köməyinə gəlib və Gürcüstanla təbii fəlakət nəticəsində dağılmış dəmir yolu əlaqəsini rekord müddətdə bərpa edib.
O, Ermənistanı xarici dünya ilə birləşdirən yeganə dəmir yolunun həyati əhəmiyyət daşıyan yüklərin daşınması üçün əsas kanal olduğunu və bu dəmir yolunun uzun müddət dayandırılmasının əhalinin ərzaq və yanacaqla təmin olunması baxımından ciddi mənfi nəticələrə səbəb ola biləcəyini bəyan edib.
Xatırladaq ki, mayın 25-də Ermənistanın şimalında uzun sürən yağışlar və sonradan daşqın və çay məcralarının daşması nəticəsində bir çox infrastruktur obyektlərinə ziyan dəyib. 1800 metr rels yuyulub, 45 ədəd üst kontakt dirəyi sıradan çıxıb, elektrik enerjisi kəsilib.