Menyu

Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib

Aİ 55 min ukraynalı hərbçiyə təlim keçib

Avropa İttifaqı (Aİ) hazırda 55 minə yaxın ukraynalı hərbçiyə təlim keçib və bu cür fəaliyyətləri davam etdirmək niyyətindədir.

"Operativ Media" xəbər verir ki, bunu Aİ Baş Qərargahının rəhbəri, general-leytenant Mişel van der Laan deyib.

O xatırladıb ki, sözügedən proqram il yarım əvvəl başlayıb: "Son il yarım ərzində biz Avropa ərazisində, əsasən, Polşa və Almaniyada, həmçinin İspaniya, İtaliya, Çexiya, Litva, Latviya və digər ölkələrdə təxminən 55 min əsgərə təlim keçmişik. Yaxın aylarda biz Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahının tələbləri əsasında mümkün qədər çox şey etmək niyyətindəyik".

Eyni zamanda, van der Laan qeyd edib ki, Ukraynadakı müharibə Avropa İttifaqı üçün birbaşa təhlükədir.

Teqlər:

"A\u0130 55 min ukraynal\u0131 h\u0259rb\u00e7iy\u0259 t\u0259lim ke\u00e7ib"

Əlaqəli Xəbərlər