Menyu

KİV: ABŞ və Britaniya Yəmən adasına zərbələr endirib

KİV: ABŞ və Britaniya Yəmən adasına zərbələr endirib
1 dəq oxu

ABŞ və Britaniya üsyançıların nəzarətində olan Yəmənin Qəməran adasındakı Husilərin hədəflərinə hücum edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Husilərə məxsus "Al Masirah" telekanalı məlumat yayıb. 

Məlumata görə, koalisiya qüvvələri Qırmızı dənizdə, Əl-Hodeyda əyaləti sahillərində yerləşən adaya azı dörd zərbə endirib.

Mümkün qurbanlar və xəsarət alanlar barədə məlumat verilmir.

Əlaqəli Xəbərlər