Menyu

İsrail PUA-ları Livanın cənubuna zərbələr endirib

İsrail PUA-ları Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Livanın Hizbullah milislərinin silahlı birləşmələrinin yerləşdiyi cənub bölgələrinə hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb

Məlumata görə, Kafra kəndində pilotsuz təyyarənin yaşayış binasına endirilməsi nəticəsində 3 nəfər yaralanıb və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Bundan əvvəl İsrail PUA-ları Ayt əş-Şaab, Kfar Killa, Meys əl-Cəbəl və Hanin yaşayış məntəqələri yaxınlığındakı yer hədəflərinə raket zərbələri endirib. Mülki itkilər barədə məlumat verilmir.

Teqlər:

"\u0130srail PUA-lar\u0131 Livan\u0131n c\u0259nubuna z\u0259rb\u0259l\u0259r endirib"

Əlaqəli Xəbərlər