Ana səhifə / Dünya / ABŞ-də meşə yanğını səbəbindən 7 min insan təxliyə ediləcək ABŞ-də meşə yanğını səbəbindən 7 min insan təxliyə ediləcək 18.06.2024, 11:19 Nərmin Qocamanlı ABŞ-nin Nyu-Meksiko ştatında meşə yanğınının sürətlə yayılması səbəbindən 7 min insanın təxliyəsi qərara alınıb. "Operativ Media" xəbər verir ki, bu barədə Nyu-Meksikoda yerləşən "Koat" xəbər kanalı məlumat yayıb. Təxminən 5 kvadrat kilometr ərazini əhatə edən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə kəndin bir hissəsinə elektrik enerjisi verilişi kəsilib. Kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb. Yanğın nəticəsində yaranan tüstü ilə əlaqədar Ruidoso kəndi və onun ətrafında havanın keyfiyyətinin pis olması siqnalı verilib. Teqlər: "AB\u015e-d\u0259 me\u015f\u0259 yan\u011f\u0131n\u0131 s\u0259b\u0259bind\u0259n 7 min insan t\u0259xliy\u0259 edil\u0259c\u0259k"
09.02.2026, 21:40 Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir
09.02.2026, 21:14 "Turan Tovuz"un baş məşqçisi: Kubok oyunundakı baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm