Malayziya tezliklə BRİKS-in yeni üzvü ola bilər. Artıq ölkə rəhbərliyi bununla bağlı müvafiq qərar qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Malayziya hökumətinin başçısı Ənvər İbrahim deyib.
Qeyd edək ki, BRİKS-in hazırkı üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir və Efiopiyadan ibarətdir. 2024-cü ilin iyun ayında bir çox ölkə assosiasiyaya qoşulmaq arzusunu bildirib. Bunlara Türkiyə, Tailand, Zimbabve və Nikaraqua daxildir.