Menyu

Çin XİN: "Pekin Ukrayna-Rusiya münaqişəsində sülhün tərəfdarıdır"

Nərmin Qocamanlı
Çin XİN: "Pekin Ukrayna-Rusiya münaqişəsində sülhün tərəfdarıdır"

Beynəlxalq ictimaiyyət NATO-nun Ukraynadakı münaqişədəki roluna ədalətli yanaşır. Alyans öz hərəkətlərini yenidən nəzərdən keçirməlidir. 

"Operativ Media" xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.

Diplomat Şimali Atlantika Alyansını soyuq müharibənin məhsulu və dünyanın ən böyük hərbi qruplaşması kimi qiymətləndirib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Pekin Ukrayna böhranının yaradıcısı və tərəfi deyil, əksinə, Moskva ilə Kiyev arasında sülh danışıqlarını asanlaşdırmaq üçün səy göstərir.

Lin Jian Çin adından müvafiq tərəfləri günahı və məsuliyyəti başqasına çevirməyi, ixtilaf yaratmağı, yanğınları alovlandırmaq və blok münaqişəsini qızışdırmağı dayandırmağa və Ukrayna böhranını siyasi yolla həll etmək üçün konkret iş görməyə çağırıb.

Teqlər:

"\u00c7in X\u0130N: \"Pekin Ukrayna-Rusiya m\u00fcnaqi\u015f\u0259sind\u0259 s\u00fclh\u00fcn t\u0259r\u0259fdar\u0131d\u0131r\""

Əlaqəli Xəbərlər