İranda zəlzələ olub, 4 nəfər ölüb
Çərşənbə axşamı günorta İranın Rəzəvi Xorasan əyalətinin Kəşmir bölgəsində zəlzələ baş verib, nəticədə azı 4 nəfər ölüb, 120-dən çox insan yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Mehr yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd edilib ki, İranın şimal-şərqindəki Rəzəvi Xorasan vilayətinin səlahiyyətliləri çərşənbə axşamı yerli vaxtla saat 13:24-də 5 bal gücündə zəlzələnin baş verdiyini bildiriblər.
Yerli hakimiyyət orqanları milli televiziyaya zəlzələdən qısa müddət sonra bölgəyə xilasetmə və axtarış qrupunun göndərildiyini, 120 yaralıdan 35-nin zəlzələdə aldığı xəsarətlərin müalicəsi üçün xəstəxanaya aparıldığını bildirib.
Zəlzələnin əsasən qəzalı binalara ziyan vurduğu bildirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net