Menyu

İsrail ordusu Hizbullah bölmələrinə zərbələr endirib

İsrail ordusu Hizbullah bölmələrinə zərbələr endirib
1 dəq oxu

Gün ərzində İsrail hərbçiləri Livandakı Hizbullah təşkilatının hərbi qanadının silahlı birləşmələrinə silsilə hava zərbələri endirib.

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu hücumların hədəfi İsrail istiqamətində pilotsuz təyyarələr buraxan bölmələr olub. İsrail hərbçilərinin bildirdiyinə görə, hücuma məruz qalan Hizbullah birləşmələri partlayıcılarla dolu PUA-ları İsrailə doğru atıblar.

"İsrail Müdafiə Qüvvələri bu bölmələrin bölgədəki fəaliyyətinə qarşı durmağa davam edəcək", - mətbuat xidməti bildirib.

Əlaqəli Xəbərlər