Blinken: ABŞ İsrailə lazımi hərbi yardım göstərmək niyyətindədir
Vaşinqton administrasiyası İsrailə bütün lazımi hərbi yardımı göstərmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.
"Diplomatik məsləhətləşmələr zamanı dediklərimizi təkrarlamayacağam. Yalnız bir daha deyəcəyəm ki, biz İsrailə özünü müxtəlif təhdidlərdən qorumaq üçün lazım olanı təmin etməyə sadiqik. Qəzza bunun yalnız bir hissəsidir. Amma təhdidlərə gəlincə, bu təhlükələr yalnız Qəzza deyil", - Amerikanın xarici siyasət departamentinin rəhbəri, NATO-nun baş katibi Yens Stoltenberqlə Vaşinqtonda danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında deyib.