Çanaqqala boğazı meşə yanğınları səbəbindən qismən bağlandı
Çanaqqala boğazı meşə yanğınları səbəbindən gəmilərin hərəkətinə qismən bağlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.
“Davam edən meşə yanğını səbəbilə Çanaqqala boğazından şimal-cənub istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti cənubdan şimala doğru davam edir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Çanaqqalada meşə yanğınları iyunun 18-dən başlayıb. Məlumata görə, hətta ərazidəki bir kəndin əhalisi təxliyə edilib.
Yanğının söndürülməsinə 9 təyyarə, 6 helikopter, 94 texnika, o cümlədən 540 canlı qüvvə cəlb olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net