Menyu

Nigeriyada silahlı hucümlarda 12 nəfər ölüb

Nərmin Qocamanlı
Nigeriyada silahlı hucümlarda 12 nəfər ölüb
1 dəq oxu

Nigeriyanın Benue və Kaduna əyalətlərində baş verən silahlı hücumlarda 12 nəfər həlak olub.

"Operativ Media"nın məlumatına görə, Katsina-Ala bölgəsi üzrə millət vəkili Conatan Aqbidye açıqlamasında bildirib ki, hücum naməlum silahlı şəxslər tərəfindən həyata keçirilib.

Aqbidye hücumda 6 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildirib:

"Çoxlu adam qaçırılıb, həmçinin silahlı şəxslər rayon sakinlərindən ərzaq məhsulları da oğurlayıb".

Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda isə biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Nigeriya sakinləri son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin hücumlarına məruz qalırlar.

Əlaqəli Xəbərlər