Menyu

İranda Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib

Nərmin Qocamanlı
İranda Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib
1 dəq oxu

İranda prezidentin səlahiyyətlərini icra edən Məhəmməd Möhbərin iştirakı ilə Rəşt-Xəzər dəmir yolunun bir hissəsi istifadəyə verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumata görə, İranın şimalındakı Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından İranın şimal-qərbində Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin tikintisi planlaşdırılır.

Xeyrolla Xadəmi: Rəşt-Xəzər dəmir yolu regional inteqrasiyanın inkişafında mühüm rol oynayacaq

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq dəmir yolu xətti 37 kilometrlik Rəşt-Xəzər dəmir yolu Rəşt şəhərini, Fars körfəzini Xəzər dənizi ilə birləşdirir.

Əlaqəli Xəbərlər