Menyu

Amerikada atışma nəticəsində 7 nəfər yaralanıb

Nərmin Qocamanlı
Amerikada atışma nəticəsində 7 nəfər yaralanıb

Amerikanın Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verən atışma nəticəsində aralarında uşaqların da olduğu azı 7 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə polisə istinadən "ABC Philadelphia" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Küçələrdən birində avtomobil dayanıb, 3 nəfər çıxıb və onlardan biri yoldan keçənlərə azı 17 atəş açıb. Daha sonra üçlük avtomobilə minərək oradan uzaqlaşıblar.

Polis bütün qurbanların sağ qaldığını və onların həyatları üçün təhlükə olmadığını bildirib. Hücum edənlərin camaata qəsdən atəş açdığı və izdihamdan birinin hədəf ola biləcəyi ehtimal olunur. Cinayətkarların kimliyi hələlik müəyyən edilməyib.

Teqlər:

"Amerikada at\u0131\u015fma n\u0259tic\u0259sind\u0259 7 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər