"Alberto" tropik qasırğası Meksikanın körfəz sahillərini vurub. Atlantik qasırğası mövsümünün ilk fırtınası olan "Alberto" tropik qasırğası Meksikanın şimal-şərqində ABŞ sərhədinə yaxın ərazilərdə güclü yağışa səbəb olub.
"Operativ Media" ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına istinadən xəbər verir ki, Meksikadan 217 km şərqdə yerləşən Tampiko limanında təsirli olan tropik fırtınada küləyin sürəti saatda 80 kilometrə çatıb. Qasırğanın təsirinin arta biləcəyi barədə xəbərdarlıq edilib.
Nuevo Leon qubernatoru Samuel Qarsiya "Alberto" qasırğasının səbəb olduğu şiddətli yağış və daşqınlarda 3 nəfərin öldüyünü açıqlayıb.
“Alberto” tropik qasırğasının günün axşam saatlarında Meksikanın Tamaulipas ştatında, ABŞ-ın Texas ştatının cənubunda təsirlənəcəyi gözlənilir. Fırtına ilə əlaqədar rayonda güclü yağış və külək, eləcə də daşqınlar gözlənilir. Ölkənin Milli Su Komissiyası (CONAGUA) bölgə əhalisinə çay sularının qalxması, sürüşmə və daşqınlar zamanı ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.