Menyu

Qazaxıstanda üç nüfuzlu xarici universitetin filialı açılacaq

Nərmin Qocamanlı
Qazaxıstanda üç nüfuzlu xarici universitetin filialı açılacaq

Qazaxıstanın Almatı və Astana şəhərində Böyük Britaniyanın De Montfort və Koventri universitetlərinin filialları və Cənubi Koreyanın Woosong Universitetinin Türküstan filialı açılacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Elm Nazirliyinin rəhbəri Sayasat Nurbek bildirib.

"Onların məzunları Britaniya və ya Koreya diplomu alaraq bu ölkələrdə tam işləyə biləcəklər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, 2025-ci ilə qədər Qazaxıstanda ən azı 5 nüfuzlu xarici universitetin filialı açılmalıdır.

Teqlər:

"Qazax\u0131standa \u00fc\u00e7 n\u00fcfuzlu xarici universitetin filial\u0131 a\u00e7\u0131lacaq"

Əlaqəli Xəbərlər