Menyu

ABŞ Ukraynaya görə digər ölkələrdən "Patriot" sistemləri sifarişini dayandıracaq

Nərmin Qocamanlı
ABŞ Ukraynaya görə digər ölkələrdən "Patriot" sistemləri sifarişini dayandıracaq

ABŞ “Patriot” hava hücumundan müdafiə sistemləri və raketlərini Ukraynaya yönləndirmək üçün digər ölkələrdən gələn tədarük sifarişlərini dayandırmağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə əlavə hava hücumundan müdafiə sistemləri tədarük etmək öhdəliyini elan edib.

Mənbələrə görə, Ağ Evin bu qərarı Baydenin Kiyevə bağlılığını gücləndirəcək və Ukraynaya hava hücumundan müdafiə sistemləri almağa imkan verəcək.

Bildirilib ki, Polşa, Rumıniya və Almaniya sifariş verdikləri "Patriot" sistemlərini hələ də almamış Avropa ölkələri arasındadır.

 

Teqlər:

"AB\u015e Ukraynaya g\u00f6r\u0259 dig\u0259r \u00f6lk\u0259l\u0259rd\u0259n \"Patriot\" sisteml\u0259ri sifari\u015fini dayand\u0131racaq"

Əlaqəli Xəbərlər