Menyu

Ukrayna və Avropa Komissiyası arasında “vizasız nəqliyyat" bir il uzadılıb

Nərmin Qocamanlı
Ukrayna və Avropa Komissiyası arasında “vizasız nəqliyyat" bir il uzadılıb
1 dəq oxu

Ukrayna və Avropa Komissiyası arasında “vizasız nəqliyyat" 2025-ci ilin sonuna qədər uzadılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqala məlumat verib.

Bildirilib ki, saziş bu gün Brüsseldə Ukrayna və Aİ nümayəndələrinin ikitərəfli iştirakı ilə imzalanıb.

Nəticədə, Ukraynadan Aİ-yə və Avropa İttifaqından Ukraynaya avtomobil yolu ilə yük daşımaları artıq xüsusi icazə tələb etməyəcək.

Yenilənmiş saziş bir sıra qarşılıqlı öhdəlikləri, xüsusən də yük avtomobillərinin daşınması və markalanması üçün lisenziyaların olması ilə bağlı öhdəlikləri nəzərdə tutur. 

Əlaqəli Xəbərlər