Yunanıstan pensiyaları artırmaq üçün vergi tətbiq edəcək
Nərmin Qocamanlı
Yunanıstan hakimiyyəti sosial yardım məqsədilə neft emalı şirkətlərinin artıq mənfəətlərinə müvəqqəti vergi tətbiq etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, alınan vəsait yanvarın 1-nə planlaşdırılan pensiya artımından yararlana bilməyəcək yaşlı vətəndaşların dəstəklənməsi üçün istifadə olunacaq.
Bundan əlavə, Yunanıstanın İqtisadiyyat və Maliyyə Nazirliyi bizneslərdən toplanan pulların Milli Dövlət İnvestisiya Proqramının kredit bazasını gücləndirmək üçün istifadə edildiyini açıqlayıb.
Bildirilib ki, həmrəylik töhfəsi əvvəlki ildə olduğu kimi 2023-cü maliyyə ilində də bu şirkətlərin 2018-2021-ci illər üzrə gəlirlərinin orta nəticələrinin 20 faizindən çox olan vergi tutulan mənfəətinin üçdə birindən əldə olunacaq.
Yunanıstan 2024-cü ildə 15 illik borc böhranından qurtulmağa yaxındır. Bu il ölkənin ÜDM-in üç faiz artacağı, 2009-cu ildəki böhrandan əvvəlki səviyyəyə yaxınlaşacağı, eyni zamanda avrozona üzrə orta göstəricini (0,8 faiz) xeyli ötəcəyi gözlənilir.
Teqlər:
"Yunan\u0131stan pensiyalar\u0131 art\u0131rmaq \u00fc\u00e7\u00fcn vergi t\u0259tbiq ed\u0259c\u0259k"