Menyu

ABŞ istehsal olunan bütün Patriot və NASAMS sistemlərini Ukraynaya təhvil verəcək

ABŞ istehsal olunan bütün Patriot və NASAMS sistemlərini Ukraynaya təhvil verəcək
1 dəq oxu

Amerika administrasiyası hazırda istehsal olunan bütün Patriot və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil vermək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

"Birləşmiş Ştatlar hakimiyyəti çətin, lakin zəruri qərar qəbul edərək, bu andan etibarən istehsal olunacaq hərbi texnikanın, xüsusilə Patriot və NASAMS-ın digər ölkələrə tədarükündə Ukraynaya üstünlük verəcək", - Kirbi qeyd edib.

Əlaqəli Xəbərlər