Menyu

Putin Cənubi Koreyanı hədələyib

Putin Cənubi Koreyanı hədələyib

"Rusiya Prezidenti Vladimir Putin deyib ki, əgər Cənubi Koreya Ukraynanı silahla təchiz etməyə başlasa, Rusiya cavab tədbirləri görəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə "Kommersant" yazır. 

Bundan əvvəl Cənubi Koreya Ukraynaya öldürücü silahların verilməsi imkanlarını nəzərdən keçirməyi planlaşdırdığını açıqlamışdı. Bu, Rusiyanın KXDR ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamasından sonra baş verib.

"Əgər bu baş verərsə, biz də müvafiq qərarlar qəbul edəcəyik ki, bu da çətin ki, Cənubi Koreyanın hazırkı rəhbərliyini sevindirsin", - Putin Hanoyda keçirdiyi mətbuat konfransında deyib.

O aydınlaşdırıb ki, Cənubi Koreyanın narahat olacağı heç bir şey yoxdur, çünki imzalanmış saziş yalnız sazişin tərəflərindən birinə qarşı təcavüz halında yardımı nəzərdə tutur.

"Mən bildiyimə görə, Koreya Respublikası KXDR-ə qarşı təcavüz planlaşdırmır, bu o deməkdir ki, bizim bu sahədə əməkdaşlığımızdan qorxmaq lazım deyil", - Rusiya prezidenti vurğulayıb.

Teqlər:

"Putin C\u0259nubi Koreyan\u0131 h\u0259d\u0259l\u0259yib"

Əlaqəli Xəbərlər