Menyu

ABŞ beş ölkədə nüvə arsenalını yeniləməyə başlayıb

Nərmin Qocamanlı
ABŞ beş ölkədə nüvə arsenalını yeniləməyə başlayıb

ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş nüvə başlıqları ilə əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilmiş nüvə arsenalını yeniləməyə başlayıb.

"Operativ Media" xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett bildirib.

Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bu nəqliyyat növü üçün nəzərdə tutulmuş təyyarələri canlı izləməklə bunu dəqiq söyləmək olar. Burnett vurğulayıb ki, Vaşinqton bu məsələni ictimaiyyətə açıqlamayıb, lakin arsenalın yenilənməsi davam edir.

ICAN nümayəndəsi həmçinin ABŞ nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin davam etdiyini və hazırda silahların ölkə ərazisində hələ yerləşdirilmədiyini bildirib. Onlar həmçinin qeyd ediblər ki, 2021-ci ildən Britaniya dövləti öz nüvə arsenalı, həcmi və təkmillik səviyyəsi ilə bağlı şəffaflığı dayandırıb.

 

Teqlər:

"AB\u015e be\u015f \u00f6lk\u0259d\u0259 n\u00fcv\u0259 arsenal\u0131n\u0131 yenil\u0259m\u0259y\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər