Çin Amerika silah istehsalçısına sanksiya tətbiq edib
Nərmin Qocamanlı
Çin hakimiyyəti Amerikanın silah şirkəti "Lockheed Martin"ə sanksiya tətbiq edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bəyanatda bildirilir ki, Vaşinqton bu yaxınlarda Tayvana silah satışını elan edib. Xarici İşlər Nazirliyinin nümayəndələri ABŞ-nin qərarının “bir Çin” prinsipini və eyni zamanda üç Çin-Amerika bəyannaməsini pozduğunu vurğulayıblar. Bundan əlavə, Pekin Vaşinqtonu ölkənin daxili işlərinə ciddi müdaxilədə və onun suverenliyinə xələl gətirmək cəhdlərində ittiham edib.
Çin Xarici İşlər Nazirliyi sanksiyaların tətbiqi qərarının ölkə qanunvericiliyinə uyğun olaraq qəbul edildiyini açıqlayıb.
Bəyanatdan belə görünür ki, məhdudiyyətlər "Lockheed Martin"in üç törəmə müəssisəsinə aiddir. Bəzi şirkət əməkdaşları da məhdudiyyətlərə məruz qalıb.
Teqlər:
"\u00c7in Amerika silah istehsal\u00e7\u0131s\u0131na sanksiya t\u0259tbiq edib"