Yaponiya gələn il Ukrayna ilə bağlı beynəlxalq toplantı keçirəcək
Nərmin Qocamanlı
Tokio 2025-ci ildə Ukraynanın minalardan təmizlənməsi ilə bağlı beynəlxalq toplantı keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib.
O xatırladıb ki, Yaponiya piyada əleyhinə minalarla mübarizə sahəsində fəal işləyir. Xarici İşlər Nazirliyinin rəhbəri izah edib ki, söhbət minatəmizləmə, texniki əməkdaşlıq, təlim fəaliyyətləri və partlayıcı maddələrdən zərərçəkənlərə yardım üçün avadanlıqların verilməsindən gedir.
Kamikava Yaponiyanın Kamboca ilə uzun illərdir bu sahədə əməkdaşlıq etdiyini, Ukrayna Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bu ölkədə təlim keçdiyini vurğulayıb.
Teqlər:
"Yaponiya g\u0259l\u0259n il Ukrayna il\u0259 ba\u011fl\u0131 beyn\u0259lxalq toplant\u0131 ke\u00e7ir\u0259c\u0259k"