Menyu

Astanada çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Astanada çoxmərtəbəli binada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Astanada çoxmərtəbəli binada baş verən yanğın tam söndürülüb.
 

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

***

15:34

Qazaxıstanın paytaxtı Astanada çoxmərtəbəli bina yanır.

"Operativ Media" xəbər verir ki, bu barədə "Kazinform" ölkənin Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Bina inzibati və qismən yaşayışlıdır. İlkin məlumatlara görə, xarici örtüyü yanır.

Bildirilib ki, yanğının söndürülməsinə 16 texnika və 72 canlı qüvvə cəlb olunub.

Hadisə yerində qərargah yaradılıb. Evakuasiya aparılır. Hazırda FHN-nin xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.

Ölənlər barədə məlumat yoxdur.

Teqlər:

"Astanada \u00e7oxm\u0259rt\u0259b\u0259li binada ba\u015f ver\u0259n yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər