Avropa İttifaqına (Aİ) yeni ölkələr qrup şəklində deyil, aparılan islahatların nəticələrinə əsasən bir-bir daxil olmalıdır.
"Operativ Media" xəbər verir ki, bu fikri Çexiyanın xarici işlər naziri Yan Lipavski Avstriyada keçirilən Vaşau Avropa Forumu çərçivəsində deyib.
Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Aİ-yə üzv olmaq üçün namizəd olan ölkələr arasında rəqabəti nəzərdə tutan "reqata modeli" adlanan modelin lehinə danışıb.
Lipavskinin fikrincə, icmanın eyni vaxtda bir neçə ölkəni əhatə edəcək şəkildə genişləndirilməsi Avropa İttifaqına daxil olmaq üçün islahatların aparılmasında ən çox irəliləyiş əldə etmiş namizədlərə zərər verər.
Eyni zamanda, nazir qeyd edib ki, Ukrayna davam edən münaqişə ilə bağlı "xüsusi haldır, və o, Aİ ölkələrinin hər cür dəstəyinə layiqdir.
Teqlər:
"\u00c7exiya: A\u0130 yeni \u00f6lk\u0259l\u0259ri bir-bir q\u0259bul etm\u0259lidir"