İsrailin müdafiə naziri Yoav Qallant Vaşinqtona uçub, burada amerikalı həmkarı Lloyd Ostin və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşlərdə Livanla sərhəddəki vəziyyəti, Qəzza zolağındakı münaqişəni, o cümlədən "üçüncü münaqişəni" müzakirə etmək niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Mən ABŞ-nin müdafiə naziri Lloyd Ostinin dəvəti ilə ABŞ-yə səfər edəcəyəm, bu görüşlər zamanı mən müdafiə naziri, dövlət katibi və digər yüksək vəzifəli şəxslərlə görüşəcəyəm. Qəzza, Livan və digər ərazilərdə yaşana biləcək hər hansı ssenariyə hazırıq", - deyə Qallant bildirib.
İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Qəzza zolağında üçüncü fazaya keçid (aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonrakı mərhələ - red.) böyük əhəmiyyət kəsb edir: "Mən ABŞ rəsmiləri ilə bu keçidi müzakirə edəcəyəm. Bilirəm ki, biz bu məsələdə də ABŞ ilə sıx əməkdaşlığa nail olacağıq".
Teqlər:
"\u0130srailin m\u00fcdafi\u0259 naziri AB\u015e-y\u0259 s\u0259f\u0259r edib"