Almaniya Çini Rusiyaya ikili məqsədli malların ixracından imtina etməyə çağırıb
Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadi işlər və iqlimin mühafizəsi naziri Robert Habek Çinə səfəri zamanı Pekini Rusiyaya ona aid edilən ikili təyinatlı malların ixracından imtina etməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
"Bunlar döyüş meydanında istifadə oluna bilən texniki məhsullardır. 2023-cü ildə Çinin Rusiya ilə ticarət dövriyyəsi 40% artıb. Bu ticarətin təxminən yarısı ikili təyinatlı mallardır", - məlumatda qeyd edilib.
Habekin sözlərinə görə, bu çeşid məhsulların ixracına son qoyulmalıdır.
Habek həmçinin bildirib ki, Avropa Aİ-dən Rusiyaya daxil olan bu cür məhsulları riskə atmaq istəmir.
Teqlər:
"Almaniya \u00c7ini Rusiyaya ikili m\u0259qs\u0259dli mallar\u0131n ixrac\u0131ndan imtina etm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"