ABŞ-nin Suriyadakı bazasına kamikadze PUA ilə hücuma cəhd edilib
Suriyanın Homs əyalətinin Tenef bölgəsində ABŞ qüvvələrinin yerləşdiyi hərbi bazaya mənşəyi məlum olmayan kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücuma cəhd edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, İordaniya sərhədinə yaxın Homs səhra bölgəsindəki Tenefdə gecə gec saatlarda ABŞ qüvvələrinin istifadə etdiyi bazaya naməlum kamikadze PUA ilə hücum cəhdi olub.
Bildirilib ki, bazada yerləşən ABŞ əsgərləri PUA-nı bazanın səhra ərazisində vurub.
Suriyada son zamanlar ABŞ ordusunun Tenef bölgəsində, İraq sərhədinə yaxın Malikiyye bölgəsində, Həsəkə vilayətinin Şəddadi bölgəsində və Deyrdə yerləşdirildiyi bazalara naməlum PUA və yerdən-yerə silahlarla hücumlar həyata keçirilib.
İranın dəstəklədiyi qruplar vaxtaşırı Fərat çayının şərq sahilindəki ABŞ bazalarına raket və PUA-larla hücum edir.