Münaqişə başlayandan Qəzzada 37,6 min fələstinli həlak olub
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 37,6 minə yaxın fələstinli ölüb, 86 mindən çoxu isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin 2023-cü ilin oktyabr ayından Qəzzada təcavüzü qurbanlarının sayı artaraq 37 598 nəfərə çatıb, daha 86 032 nəfər yaralanıb", - idarənin rəsmi "Telegram" kanalında dərc olunan xülasədə deyilir.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrail hərbçilərinin hərəkətləri nəticəsində 47 fələstinli ölüb, daha 121 nəfər yaralanıb.
Teqlər:
"M\u00fcnaqi\u015f\u0259 ba\u015flayandan Q\u0259zzada 37 6 min f\u0259l\u0259stinli h\u0259lak olub"