Menyu

KİV: Aİ Tokio və Seul ilə müdafiə tərəfdaşlığına girmək istəyir

KİV: Aİ Tokio və Seul ilə müdafiə tərəfdaşlığına girmək istəyir

Avropa İttifaqı (Aİ) bu yaxınlarda Rusiya və KXDR tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanmasını, eləcə də dünyada vəziyyətin pisləşməsini nəzərə alaraq Yaponiya və Koreya Respublikası ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlığa daxil olmaq niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa şirkətləri ilə əməkdaşlıq vasitəsilə Yaponiya müdafiə texnologiyasını təkmilləşdirə, istehsal xərclərini azalda və avadanlıqlarının satış kanallarını genişləndirə bilər. Aİ tərəfdaşlığı Yaponiya və Cənubi Koreyanın müdafiə sənayesi ilə əməkdaşlıq üçün çərçivə yaratmaq şansı verəcək və həmçinin birgə inkişafa kömək edəcək.

Tərəflər həmçinin kosmos, kibertəhlükəsizlik, dezinformasiya ilə mübarizə və dəniz təhlükəsizliyinin gücləndirilməsi kimi sahələrdə əməkdaşlığı nəzərdən keçirəcəklər. Yaponiya ilə tərəfdaşlığın nüvə tərksilahı və yayılmaması sahəsində əməkdaşlığı əhatə edəcəyi gözlənilir.

Tərəflərin müvafiq sənədi 2024-cü ilin sonuna kimi qəbul edəcəyi gözlənilir. Brüssel Norveç kimi Aİ üzvü olmayan ölkələrlə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq edir. Yaponiya və Cənubi Koreya Aİ ilə belə tərəfdaşlığa girən ilk Asiya ölkələri olacaq.

Teqlər:

"K\u0130V: A\u0130 Tokio v\u0259 Seul il\u0259 m\u00fcdafi\u0259 t\u0259r\u0259fda\u015fl\u0131\u011f\u0131na girm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər