İran Kanada ordusunu qara siyahıya salmağı təklif edib
İran parlamenti Kanadanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplar siyahısına salmaq qərarını pisləyib və cavab olaraq Kanada ordusunu öz qara siyahısına daxil etməyi təklif edib.
“Operativ Media” xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Sənədin mətnində Kanada hakimiyyətinin SEPAH-ı terrorçular siyahısına əlavə etmək üzrə hərəkətləri “bütün beynəlxalq qanun və qaydalara zidd olan axmaq hərəkət” adlandırılıb.
Bundan əlavə, sənəddə İslam İnqilabı Keşikçiləri Korpusunun daxili təhlükəsizliyin, İranın ərazi bütövlüyünün və regionda məzlum ölkələrin müdafiəsinin təmin edilməsində oynadığı rol qeyd olunur.
Agentliyin məlumatına görə, bəyanatı İran parlamentinin 250 üzvü imzalayıb. Hazırda sənəd ümumi baxılmaq üçün hazırlanır.
İyunun əvvəlində Kanada hakimiyyəti İİKK-nı terror təşkilatı kimi tanıyıb. Ölkənin ictimai təhlükəsizlik naziri Dominik Le Blan qeyd edib ki, Kanada SEPAH ilə mübarizə üçün əlindən gələni edəcək.
Teqlər:
"\u0130ran Kanada ordusunu qara siyah\u0131ya salma\u011f\u0131 t\u0259klif edib"