Menyu

Mahaçqalada yol polisi postu atəşə tutulub: yaralananlar var - YENİLƏNİB

Mahaçqalada yol polisi postu atəşə tutulub: yaralananlar var - YENİLƏNİB
1 dəq oxu

Dağıstanın paytaxtı Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.

***

20:32

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində naməlum şəxslər Yermoşkina küçəsində yerləşən yol polisi postunu atəşə tutublar.

"Operativ Media" xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha altı nəfər yaralanıb.

İlkin məlumata görə, dinc əhali arasında itki qeydə alınmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Sadiq Cavadov

Əlaqəli Xəbərlər