Menyu

Aİ Kiyevə silah alışına dair Macarıstanı vetosundan yayındıracaq mexanizm üzərində işləyir

Nərmin Qocamanlı
Aİ Kiyevə silah alışına dair Macarıstanı vetosundan yayındıracaq mexanizm üzərində işləyir

Avropa İttifaqı Macarıstana Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Kiyevə silah alışına dair Macarıstanın vetosundan yan keçməyə imkan verəcək mexanizm üzərində işləyir.

"Operativ Media" xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell bildirib.

Onun sözlərinə görə, daha əvvəl Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt onların istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir. Borrell vetodan yan keçmə mexanizminin hər hansı bir qanuni qərar kimi mürəkkəb, lakin işlək olacağını bildirib.

O qeyd edib ki, Aİ xarici işlər nazirləri bu planı iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər