Menyu

Pakistanda istilər nəticəsində 14 nəfər ölüb

Nərmin Qocamanlı
Pakistanda istilər nəticəsində 14 nəfər ölüb

Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcə, Kəraçi şəhərində isə termometrlər yüzdə 76 rütubətlə 45 dərəcəni keçib. Həddindən artıq istilər səbəbindən şəhərdə yaşları 25-45 arasında olan 14 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki, meteorologiya rəsmiləri insanlara vacib hallar istisna olmaqla evlərini tərk etməmələri, bol maye içmələri və səyahət etməmələri barədə xəbərdarlıq ediblər.

Pakistan Meteorologiya Departamenti (PMD) bu gün Kəraçinin şimal-qərbindən əsəcəyi gözlənilən isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.

Teqlər:

"Pakistanda istil\u0259r n\u0259tic\u0259sind\u0259 14 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər