http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

24 İyun 2024 , 14:02
ABŞ səfiri Rusiya XİN-ə çağırılıb

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"İyunun 24-də Rusiya Xarici İşlər Nazirliyində ABŞ-nin Rusiyadakı diplomatik missiyasının çağırılmış rəhbəri L.Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edib.

Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ-nin Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin etdiyi vurğulanıb.

Qeyd olunub ki, Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri, onların hədəfə alınması və uçuş missiyalarının tətbiqi Amerika hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir, bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır.

Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə, Ukraynanın nasistyönlü hakimiyyətini “son ukraynalıya” qədər döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək", deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub", - məlumatda deyilir.

 

OXŞAR XƏBƏRLƏR
Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq

Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq

Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır

Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır

Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var

Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var

XƏBƏR LENTİ
  • 22:58

    Pentaqon: Qərbin Kiyevə yardımının dayandırılması Rusiyanın qələbəsinə gətirib çıxaracaq
  • 22:51

    "Şamaxı" yeni transfer etdiyi futbolçuyla yollarını ayırdı
  • 22:43

    Blinken gələn həftə Vanq Yi ilə görüşə hazırlaşır
  • 22:29

    Rusiya XİN: KTMT-nin BMT əməliyyatlarına qoşulması üçün yaxşı perspektivləri var
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
  • 21:45

    KİV: Polşa F-16-larını Ukraynaya verməyəcək
  • 21:30

    BMT Məhkəməsi İsraili işğal etdiyi Fələstin torpaqlarını tərk etməyə çağırıb
Menyu