Pentaqon: Zərbənin hədəfləri ilə bağlı qərarları Ukrayna özü verir
Kiyev Rusiyaya zərbə endirərkən hədəfləri özü seçir.
"Operativ Media" xəbər verir ki, bunu Pentaqonun sözçüsü mayor Çarli Dits Rusiyanın ABŞ-nin Ukraynadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.
"Ukrayna hədəf seçimi ilə bağlı öz qərarlarını özü verir və öz hərbi əməliyyatlarını həyata keçirir", - deyə Reuters Ditsdən sitat gətirib.
Bazar ertəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və Ukraynanın Sevastopoldakı hücumlarda iştirakı şübhə doğurmur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net