İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə hücum edib
İsrail qırıcıları Livanda Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Son bir neçə saat ərzində qırıcı təyyarələr Livanın Balbek bölgəsində Hizbullahın hava hücumundan müdafiə sistemi tərəfindən istifadə edilən terrorçu hədəflərə hücum edib. Bundan əlavə, bu gün səhər saatlarında qırıcılar Aitarun, Blida və Marun əl-Hizbullah bölgələrindəki Hizbullah terror təşkilatının hədəflərinə hücum edib", - məlumatda deyilir.
Hərbçilər əlavə edib ki, hava hücumu sirenləri İsrailin şimalında işə salındıqdan sonra Livan istiqamətindən gələn şübhəli hava hədəfi İDF hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib və heç kim xəsarət almayıb.