KTMT: Rusiya kömək istəsə, müttəfiqlər kənara çəkilməyəcək
Bu cür hadisələrdə (Dağıstanda terror aktı – red.) xüsusilə bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, regional səviyyədə vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirə bilər.
"Operativ Media" xəbər verir ki, bunu TASS-a müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
"Hazırda Katibliyə Rusiya Federasiyasından kömək üçün müraciət daxil olmayıb. Bu tip problemləri uğurla həll etmək üçün Rusiyanın öz potensialı və təcrübəsi var. İkitərəfli idarələrarası əməkdaşlığın potensialı da əhəmiyyətlidir. Bununla belə, mən əminəm ki, Rusiya kömək istəsə, müttəfiqlər kənara çəkilməyəcək", - o vurğulayıb.
Xatırladaq ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
Teqlər:
"KTMT: Rusiya k\u00f6m\u0259k ist\u0259s\u0259 m\u00fctt\u0259fiql\u0259r k\u0259nara \u00e7\u0259kilm\u0259y\u0259c\u0259k"