Menyu

Cənubi Koreya ilə ABŞ arasında təlimlər başlayıb

Nərmin Qocamanlı
Cənubi Koreya ilə ABŞ arasında təlimlər başlayıb
1 dəq oxu

Cənubi Koreya ilə ABŞ arasında logistika təlimi başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Cənubi Koreya Baş Qərargahı (JCS) təxminən 2 min Cənubi Koreya və ABŞ əsgərinin iştirakı ilə ölkənin müxtəlif bölgələrinə material, personal və avadanlıq paylanması üçün təlimin başladığını açıqlayıb.

Logistika təlimi 5 gün davam edəcək. JCS bu təlimdə döyüş qabiliyyətini qorumaq niyyətində olan hərbi hissələrin “real əməliyyat bölgələrində” təlim keçəcəyini bildirib.

.

Əlaqəli Xəbərlər