BMT-nin baş katibi Antonio Quterreş 400 Keniya sülhməramlısının silahlı dəstələrlə mübarizə missiyasında iştirak etmək üçün Haitiyə gəlməsini alqışlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
"Baş katib Haiti polisinə kömək etmək üçün çoxmillətli təhlükəsizlik missiyasının ilk Keniya kontingentinin Port-au-Prinsə gəlişini alqışlayır", - Düjarrik deyib.
Düjarrik əlavə edib ki, Dünya təşkilatının rəhbəri BMT-yə üzv olan bütün ölkələri missiyaya maliyyə dəstəyi verməyə çağırıb və Quterreşin özü də missiyanın gedişatını diqqətlə izləyir.
Bundan əvvəl Keniya Daxili İşlər Nazirliyinin rəhbəri Kiture Kindiki bildirmişdi ki, Keniya BMT-nin silahlı dəstələrlə mübarizə missiyası çərçivəsində Haitiyə 400 polis göndərib.