NATO-nun yeni baş katibi müttəfiqlərinə təşəkkür edib
Nərmin Qocamanlı
Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsinə təyin edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə o, sosial media hesabında müttəfiqlərinə təşəkkür edib və oktyabrın 1-də vəzifəsinin icrasını səbirsizliklə gözlədiyini bildirib.
"NATO-nun baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir. Mənə güvəndikləri üçün bütün müttəfiqlərə minnətdaram. Qeyri-adi liderliyi təmin edən Yens Stoltenberqin varisi kimi oktyabrda böyük həvəslə bu rolu üzərimə götürməyi səbirsizliklə gözləyirəm", - Rutte qeyd edib.
Teqlər:
"NATO-nun yeni ba\u015f katibi m\u00fctt\u0259fiql\u0259rin\u0259 t\u0259\u015f\u0259kk\u00fcr edib"